Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Orta ümumtəhsil məktəblərində Tovuz rayon Heydər Əliyev Mərkəzi  əməkdaşları tərəfindən açıq dərslərin keçirilməsi təşkil edilmişdir

06.10.2021

06 oktyabr 2021-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin 2021-ci ili əhatə edən Tədbirlər Planına əsasən Ümummilli lider Heydər Əliyev İrsinin Təbliği ilə bağlı Tovuz rayon Təhsil Şöbəsi ilə bağlanmış müqaviləyə əsasən  orta ümumtəhsil məktəblərində Heydər Əliyev Mərkəzi  əməkdaşları tərəfindən açıq dərslərin keçirilməsi təşkil edilmişdir. Bu gün “Heydər Əliyev və Azərbaycan Təhsili” mövzusu ilə N.Tusi adına məktəb-liseydə şagirdlərlə görüş baş tutdu. Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova və Mərkəzin elmi işçisi Nərgiz Sabirli çıxış edərək Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxdığını, Vətənin, xalqın tərəqqisində müəllimlərin rolunu yüksək qiymətləndirdiyini bildirdilər. Görüş şagirdlərin mövzu ətrafında sual cavabları ilə davam etdirildi.